DİGƏR XƏBƏRLƏR
Sosial media fenomeni olan Taha Duymaz ailəsi ilə birgə yaşadığı Hatayın Yayladağ rayonunda zəlzələnin dağıntıları altında qalıb.
AZİNFORM.AZ xəbər verir ki, bundan sonra onun 1 il əvvəl verdiyi müsahibə yenidən sosial mediada gündəmə gəlib.
“Evimiz çox köhnə idi, su keçirirdi. Mən dağılmasını istəmirdim, o evdə çox xoşbəxt idim. Sosial mediada səsimi eşitdilər. O evin yerində yeni ev tikildi. Əslində, bu mənim üçün əhəmiyyətli deyildi. Mənim mədsədim uşaqlığımdan indiyə kimi ailəmin xoşbəxt olmasıdır. Çox şükür bunu bacardım”, -Taha müsahibəsi zamanı deyib.
Qeyd edək ki, instaqramda 1 milyon izləyicisi olan Taha yemək bişirmə videoları ilə məşhurlaşıb.