“AST Telman” sığınacaq aldığı Monteneqrodan bu ölkəyə köçdü
13-05-2022, 18:47

AST Şirkətlər Qrupunun sahibi, Azərbaycan əsilli Rusiya milyarderi Telman İsmayılov sığınacaq aldığı Monteneqrodan Fransaya köçüb.

O, ötən şənbə gün paytaxt Podqoritsa şəhərini tərk edib.

Xatırladaq ki, İsmaylıov neçə vaxtdır bu ölkədə məskunlaşmışdı. Rusiya onun barəsində İnterpol xəttiylə axtarış versə də, Montenqro onu təhvil verməkdən boyun qaçırmışdı.

Telman İsmayılovun Monteneqro prezidenti Milo Cukanoviçlə yaxşı münasibətləri olub.  Milo Cukanoviç onun Türkiyədə tikdirdiyi dəbdəbəli “Mardan Palace” mehmanxanasında qonaq da olub.

Telman İsmayılovun isə hazırda Fransanın Nitsa şəhəri yaxınlığındakı Antiba qəsəbəsində məskunlaşdığı bildirilir.

Antibada Telman İsmayılova məxsus böyük bir villa var. İsmayılovun hazırda yerləşdiyi sözügedən villanın dəyəri 25 milyon avrodan çoxdur.

Onu da qeyd edək ki, İsmayılovun villası Almaniyanın “Deuche bank”nın girovluğundadır. /gundem.az/



      AZİNFORM.AZ





DİGƏR XƏBƏRLƏR
up