Gömrük Komitəsinin idarə rəisi istefa verdi
17-01-2023, 16:32

Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi Əliyev Fərid Əlibaba oğlu vəzifəsindən ayrılıb.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, o, bu gün ərizə yazaraq işdən çıxıb.

F. Əliyev başqa dövlət qurumuna vəzifəyə gedib.

Komitədən saytımıza məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, F. Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.





up