DİGƏR XƏBƏRLƏR
Paytaxtın Həsən Əliyev küçəsinin bir hissəsində yol çöküb.
Məlumata görə, hadisəyə səbəb son zamanlar yağıntıların çox olmasıdır. O da bildirilir ki, yolun belə vəziyyətdə olması axşamlar həmin ərazidə tıxac yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirdi ki, problem aidiyyatı üzrə şöbəyə yönləndirilib:
"Əməkdaşlarımız əraziyə baxış keçirib. Problemin kökünü araşdırıb aradan qaldıracaqlar"./baku.ws/