Goranboy məktəbi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib - VİDEO
13-01-2023, 15:19

Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə sinif otağının dağınıq vəziyyətdə olmasına dair sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.

AZİNFORM.AZ xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülər 2022-ci ilin aprel ayına aiddir.

"Həmin vaxt siniflərin bir qismi Goranboy şəhər 1 nömrəli tam orta məktəbin binasında II növbədə tədrisə cəlb edilmişdi. Məktəbin görüntülərdə olan sinif otağı və bir neçə digər otaq hazırda bağlıdır və orada tədris aparılmır. İndi məktəbdə tədris öz qaydasında davam edir, nizam-intizam qaydalarına əməl olunur" - deyə məlumatda qeyd olunub.







up