“Misilsiz cinayətlər yolu ilə qazandıqları pulları şou adamının qabağına kim atar?"
9-01-2023, 21:19

“Talıbovun klan mənsubları on illər boyu naxçıvanlılara zülm etdilər. Buna şübhə edilmir. Ancaq yazanda ki, “kiçik Talıbov” “bir dəri, bir sümük və bir  çimdik ətdən” ibarət hansısa şou adamına 5-10 milyon bağışlayıb, buna həqiqətən adamın gülməyi gəlir”.

AZİNFORM.AZ-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ayqın Quliyev bildirib.

“Əvvəla, həmin şou adamları bir neçə yüz və ya bir neçə min manata özlərini istənilən “rolda satmağa” hazırdılarsa, onlara 5-10 milyonu hansı ağılsız peşkəş edər?! Eşitmişəm ki, belə məlumatları məhz həmin şou adamları öz qiymətlərini qaldırmaq üçün pul töküb məqsədli  yazdırırlar ... İkinci, “Misilsiz cinayətlər yolu ilə qazandıqları pulları 5-10 milyonluq paketlərlə hansısa şou adamının qabağına kim atar?..” /pravda.az/





up