Qadın zabitlə intim görüntüləri yayılan gömrük rəisi DANIŞDI: “Həyat yoldaşım bilirdi …” - VİDEO
6-01-2023, 21:08

Türkiyədə Mersin Gömrük İdarəsinin Qaçaqmalçılıq və Kəşfiyyat Şöbəsinin müdiri Cihan Çelikin eyni yerdə çalışan qadın məmurla intim fotoları yayılıb.

AZİNFORM.AZ xəbər verir ki, Cihan Çelik sosial mediada böyük əks-səda doğuran fotolarla bağlı açıqlama verib.

“Bu adam mənim dini nikahlı həyat yoldaşımdır, o zaman birinci həyat yoldaşımla boşanma mərhələsində idim. Onunla dini nikahım olduğunu həyat yoldaşım, uşaqlarım, işlədiyim qurum un əməkdaşları da bilirdi”,-deyə Cihan Çelik bildirib.

Mersin Gömrük İdarəsində hadisə ilə bağlı araşdırma başlasa da, fotoların necə yayıldığı hələ də müzakirə mövzusudur.

Açıqlamasında bu mövzuya toxunan Çelik, “Fotoların kompyüterimdən götürüldüyünü düşünürəm. Hüquqi addımlar atacağam”,-deyə Cihan Çelik qeyd edib.





up