Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
29-12-2022, 22:20

Bakıda fəaliyyət göstərən takşi şirkətləri qiymətləri kəskin bahalaşdırıb.

AZİNFORM.AZ xəbər verir ki, artıq iki gündür müxtəlif taksi şirkətləri eyni məsafə üçün gediş haqqını 30-50% artırıb.

Taksi şirkətlərindən saytımıza bildirilib ki, bahalaşma bayramqabağı tələbatın artması ilə bağlıdır. Ənənəvi olaraq bayram ərəfəsində qiymətlər artırılır.

Qiymətlərin yeni ilin ilk günlərində normallaşacağı gözlənilir.





up