12 həyat yoldaşı, 102 uşağı, 568 nəvəsi olan kişidən maraqlı qərar - FOTO
28-12-2022, 18:59

Uqandada 102 uşaq atası olan 67 yaşlı fermer növbəti dəfə gündəmə gəlib.

AZİNFORM.AZ Haber qlobal-a istinadla xəbər verir ki, buna səbəb onun yeni qərar verməsidir.

Belə ki, 102 uşaq atası bahalıqdan şikayətlənərək artıq ailəsinin böyüməsini istəmədiyini deyib.

16 yaşında ailə həyatı quran Musanın 102 uşaqdan sonra belə bir qərar verməsi dünya mətbuatında da maraqla qarşılanıb.

Bütün uşaqlarını oxutmaq istəyən fermer xanımlarına ailə planlaşdırılmasına getmələrini tövsiyə edib.

M.Hasahya övladlarını nəvələrindən ayırsa da, hamısının adını bilmədiyini deyib.

O, artıq övladlarına baxa bilmədiyi üçün dövlətdən yardım istəyib.

Qeyd edək ki, M.Hasahyanın 12 həyat yoldaşı, 568 nəvəsi var.






up