Nikahda ŞOK HADİSƏ: Bəy anasından icazə alıb gəlinlə evləndi - VİDEO
22-12-2022, 12:56

Türkiyədə keçirilən nikah mərasimində maraqlı hadisə baş verib.

AZİNFORM.AZ xəbər verir ki, sevib-seçdiyi bəylə ailə quran xanım onunla evlənməyə razı olduğu bildirib. Daha sonra "Evlənməyi qəbul edirsiniz?" sualı bəyə ünvanlanaraq onun həmin xanımla evlənib-evlənmədiyi soruşulub.

Bu zaman bəy son dəfə anasından icazə alıb, gəlini qəbul edib-etmədiyini soruşub. Anasının "hə" cavabından sonra o xanımı ilə evlənməyə razı olduğunu deyir.

Nikahdan lentə alınan görüntülər sosial şəbəkələrdə viral olub. Bəyin gözlənilməz addımı istifadəçilərin müzakirələrinə səbəb olub.





up