Xoşqədəm efirdə yaşlı qadının üstünə QIŞQIRDI - QINANDI - VİDEO
20-12-2022, 15:34

ARB telekanalında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı efirdə yaşlı qadının üstünə qışqıraraq qınaq obyektinə çevrilib.

AZİNFORM.AZ xəbər verir ki, verilişdə oğlunun ölümündən danışan qadın gəlinini qətldə ittiham edib.

Onun sözlərinə görə, gəlini gecə saatlarında onları evə çağıraraq, oğlunun özünü çarpayıdan asdığını deyib.

"İnsan özünü çarpayıdan necə asa bilər?!" deyən Xoşqədəm yaşlı qadınla aqressiv danışıb. Daha sonra o, "Ananın danışığından heç nə başa düşmədim, siz danışa bilərsiniz?" deyərək sözü qadının qızına verib.

Aparıcının kobud davranışı sosial şəbəkələrdə qınanılıb.

İzləyicilər sosial şəbəkələrdə yayılan görüntülərə "Sizdən neçə yaş böyük olan nənəyə qışqırmağınız heç düzgün deyil", "O ana kənd adamıdır, bala itirib, hörmətlə yanaşmaq lazımdır", "Kənd adamlarını niyə ələ salırsınız?! Guya başa düşmədiniz, ne deyir?!", "Ölüm necə ucuzlaşıb, ay Allah! Ana dərdini danışır, gülüşürlər" kimi şərhlər yağdırıblar.

Verilişdən olan həmin kadrları təqdim edirik:





up