DİGƏR XƏBƏRLƏR
"Dünən bəzi media orqanlarında Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisinin işdən çıxarılması ilə bağlı xəbər verilib. Halbuki Akademiyanın rəisi, general-mayor Aqil Babayev Xidmətdən uzaqlaşdırılmayıb, yerdəyişmə nəticəsində Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb”.
Bu barədə AZİNFORM.AZ-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Akademiyanın rəisi vəzifəsinə isə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Azər İbrahimov təyin edilib.