Ötən il Malidə bir ana eyni anda 9 körpə dünyaya gətirərək Ginnesin Rekordlar Kitabına düşüb.
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, Mərakeşdə bir illik xüsusi müalicədən sonra ana və körpələri öz ölkələrinə - Maliyə qayıdıblar.
Qadın uşaqları dünyaya gətirmək üçün ölkəsi Malidən Mərakeşə gəlib. Vaxtından əvvəl doğulan körpələr həyatlarının ilk aylarını xəstəxanada, xüsusi qayğı altında keçiriblər. Körpələr həyata gələn və bir doğuşda sağ qalmağı bacaran ən çox körpə kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Malinin paytaxtı Bamakoya çatan ailənin atası Abdulkadir Arbi Mali hökumətinin onlara maddi dəstək verdiyini ifadə edərək təşəkkür edib. /azxeber,az/