ABŞ-ın Texas ştatında sahibindən qaçan it 7 il sonra Floridada tapılıb.
AZİNFORM.AZ xəbər verir ki, Floridada heyvan sığınacağından olan Cazi adlı itin 7 ildən sonra sahiblərinə qovuşduğu bildirilib.
Orange County Animal Services Cazzini oteldə tərk edilmiş vəziyyətdə tapdıqda onun çətinliklə yeriyə bildiyi bildirilir.
Səlahiyyətlilər Cazinin mikroçipini yoxlayanda onun sahiblərinin Teksasda yaşadığını aşkar ediblər.
Sığınacağın sosial media hesabındakı paylaşımda Cazinin tapıldığını öyrənən ailənin böyük şok yaşadığı bildirilib.
Sahibləri Cazinin 7 il əvvəl beş yaşında olarkən atəşfəşanlıqdan qaçdığını deyiblər.
Xəbəri eşidən sahiblər Cazzini götürmək üçün bir neçə gündən sonra Teksasdan Floridaya uçublar.
"Cazzinin sahibinin səsi ilə canlanmasını izləmək inanılmaz idi. O, dəfələrlə sahibinin əlini yaladı və bədənini bacardığı qədər ona yaxınlaşdırdı" ,- sığınacaq rəsmiləri deyib.
İtin Orlandoya necə gəldiyi, 7 il harada və necə yaşadığı məlum deyil.