Elçin Niyazov yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO
12-12-2022, 16:24

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom”) rəhbərliyinə yeni təyinat olub.

AZİNFORM.AZ xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, şirkətin baş direktoru vəzifəsinin icrası Elçin Niyazova həvalə edilib.

1986-cı il təvəllüdlü E.Niyazov həm də “Azeronline” MMC-nin baş direktoru, “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

"Baktelecom"un keçmiş baş direktoru Nail Mərdanov ötən həftə nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin rəhbərliyinə gətirilib.


 





up