Nazirliyin sabiq idarə rəisi qəfil öldü - FOTO
12-12-2022, 11:23

Gənclər və İdman Nazirliyində bir sıra vəzifələrdə çalışmış Qiyas Nəcəfov vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə nazirliyin idarə rəisi Nəcəf Nəcəfov məlumat verib.

O bildirib ki, Respublika Bədən Tərbiyəsi Mərkəzinin və Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışmış Q.Nəcəfov qəfil dünyasını dəyişib.

Onun ürəktutmadan vəfat etdiyi bildirilib.






up