Biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verildi - FOTO
8-12-2022, 14:51

Sabiq deputat, biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verilib. 

AZİNFORM.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Hacı oğlu Salayev FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Turqut Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən keçmiş deputat Hacı Salayev oğlu, general Baba Salayevin qardaşı oğludur.

Xatırladaq ki, FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifədən azad edilərək, Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi təyin edilib. Bu idarənin rəisi, general-mayor Valeh Abdullayev isə təqaüdə göndərilib. 





up