Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb - VİDEO
8-05-2022, 17:45

Ötən gün Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin pisləşib.


AZİNFORM.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, gündüz saatlarında bölgədə güclü külək olub.

Axşam saatlarında yağış və dağlıq ərazilərdə qarla əvəzlənib. Quba, Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb, temperatur aşağı düşüb. Müşahidə məntəqəsinin olduğu Qubanın Qrız kəndində 2 sm hündürlüyündə qar qeydə alınıb.





up