Ötən gün axşamdan davam edən güclü külək Bakıda yeni təmirdən çıxmış xəstəxananın damını uçurub.
AZİNFORM.AZ-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yerindən qopan dam örtüyünün qalıqları yaxınlıqda park edilən avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobilə, həm də ərazidəki ağaclara ciddi ziyan dəyib.
Qeyd edək ki, Uşaq Nevroloji Xəstəxanası yeni təmirdən çıxmışdı.
Hadisə yerindən görüntüləri təqdim edirik: