Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
7-05-2022, 15:30

Qaxda Azərbaycan və gürcü xalqlarının nümayəndələri birgə Kürmükoba bayramı qeyd ediblər.

Respublikamızın ərazisində tariximizin müxtəlif dövrlərinə aid, o cümlədən Qafqaz Albaniyası həqiqətlərinin daşıyıcısı olan onlarla tarixi abidə mövcuddur. Belə abidələrdən biri də Qax rayonunun ərazisində, Əmbərçay kəndi yaxınlığında yerləşən Kürmük məbədidir.

Kürmükoba bayramı hər ilin may və noyabr aylarında, yazda məhsul səpini və payızda məhsul biçini zamanı keçirilir. Erkən orta əsrlərə aid qədim alban məbədinin izlərini daşıyan Kürmük məbədinə bayram ərəfəsində yüzlərlə azərbaycanlı və gürcü, o cümlədən Qax rayonu və ətraf rayonlardan insanlar toplaşırlar.

Bu məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, müxtəlif dinlərdən olan insanların ibadət yeridir. Məbəd ətrafında keçirilən bayramda dini ayinlər icra olunur, qurbanlar kəsilir, el gəzintisi təşkil edilir.

Daha ətraflı Baku TV-nin süjetində:





DİGƏR XƏBƏRLƏR
up