Bəxtiyar Vahabzadənin oğlu istefa verdi
7-11-2022, 12:36

Haqq Ədalət Partiyasının (HƏP) sədr müavinləri – İsfəndiyar Vahabzadə və Qüdrət Qulu, həmçinin sədrin müşaviri Nuridə Hidayət partiyadan istefa verib.

AZİNFORM.AZ xəbər verir ki, onlar bu barədə qərarlarını sosial şəbəkədə açıqlayıblar.

Qeyd edək ki, HƏP-in sədri sabiq səhiyyə naziri Əli İnsanovdur. İsfəndiyar Vahabzadə isə mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.





up