Ümumdünya Meteorologiya Təşkilatı son səkkiz ili meteoroloji müşahidələrin başlanmasından bəri ən isti il kimi qeyd edib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə qurumun hesabatında qeyd olunub.
Hesabatda qeyd olunub ki, 2022-ci ildə qlobal orta temperatur sənayeləşmədən əvvəlki dövrlə (1850-1900) müqayisədə təxminən 1,15 dərəcə yüksək olub:
“Bu o deməkdir ki, 2016-cı ildən bəri hər il rekord dərəcədə isti olub”.
Təşkilatının ekspertləri bildirirlər ki, atmosferə istixana qazları tullantıları dünya okeanının səviyyəsinin artmasına və buzların əriməsinə səbəb olub, nəticədə dünyanın müxtəlif yerlərində - Pakistandan Puerto Rikoya qədər ekstremal hava şəraiti qeydə alınıb. Hətta dəniz səviyyəsindən 3,2 min metr yüksəklikdə olan Qrenlandiyada ilk dəfə yağış yağıb.