Böyük şəhərin kiçik qullarına paytaxt Bakıda da rast gəlinir. Ehtiyaclarını qarşılamaq üçün insanlardan pul dilənən azyaşlıları şəhərin müxtəlif istiqamətlərində görmək mümkündür.
AZİNFORM.AZ xəbər verir ki, dilənməklə pul qazanan azyaşlılar bir çox hallarda öz valideynləri tərəfindən bu yola düşürlər. Azyaşlıların əməyini istismar edənlərin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulsa da bəzən valideynlər bunu nəzərə alaraq uşaqlarını dilənməyə məcbur buraxırlar.