Rüşvətdə adı hallanan, işdən çıxarılan direktor başqa məktəbə təyinat aldı - FOTO
3-11-2022, 16:05

Bakı şəhəri 211 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova tutduğu vəzifədən azad edilib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən apa-nın sorğusuna cavab olaraq deyilib. Bildirilib ki, Həcər Mahmudova paytaxtdakı 30 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, H. Mahmudovanın adı rüşvət qalmaqalında hallanırdı.






up