Böyük Britaniyada hamilə olan 40 yaşlı qadın 1 uşaq gözlədiyi halda 4 övlad dünyaya gətirib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb.
Belə ki, 2021-ci ildə Qabi Xaqler və ailə psixoterapevti olan 50 yaşlı əri Patrik son olaraq 4-cü övlad dünyaya gətirmək qərarına gəliblər. Cütlüyün bir ortaq Semmi adlı oğlu, digər nikahlardan da hərəsinin bir uşağı olub. Bir müddətdən sonra hamilə olduğunu öyrənən Qabi planlı müayinəyə gedib. Bu zaman məlum olub ki, qadın bir yox, 4 uşaq gözləyir. Nəticədə onu 4 oğlu olub. /big.az/