Pensiya ilə bağlı müzakirə: 65 yaşı gözləməyə ehtiyac qalmayacaq
1-11-2022, 22:07

Vətəndaşın işlədiyi dövrdə yığılan pensiya kapitalını vaxtından əvvəl istifadə etməsi məsələsi aktuallaşır.

AZİNFORM.AZ xəbər verir ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə olunur.

Başqa ölkələrdə uğurla tətbiq edilən mexanizmin ölkəmizdə də tətbiq edilməsi üçün xarici təcrübə öyrənilir.

Mövzu  ilə bağlı danışan millət vəkili Vüqar Bayramov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, bəzi hallarda vətəndaşın kifayət qədər böyük pensiya kapitalı olduğu halda, həmin vəsaitdən istifadə etmək üçün 65 yaşı gözləməli olur. Onun fikrincə, əgər sözügedən sistem tətbiq olunarsa vətəndaş artıq 65 yaşı gözləmək məcburiyyətində qalmayacaq. Yəni 65 yaşa çatana qədər vətəndaş pensiya kapitalı səhiyyə, kommunal xərclərinə və ya kredit borcuna yönəldə bilər.

Millət vəkili həmçinin qeyd edib ki, pensiya kapitalını vətəndaşın sahibkarlıq fəaliyyətinə və ya özünüməşğulluğuna yönəltməklə də vəsaitin daha faydalı istifadəsinə şərait yaradıla bilər.





up