Keçmiş icra başçısı VƏFAT ETDİ
1-11-2022, 11:13

Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov uzun sürən xəstəlikdən sonra vəfat edib.  

Bu barədə AZİNFORM.AZ-a mərhumun yaxınları məlumat verib. 

O, uzun sürən xəstəlikdən dünyasını dəyişib. 

Vidadi Məhərrəmov bu gün doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndində dəfn olunacaq. 

Qeyd edək ki, Vidadi Məhərrəmov 2006-2013-cü illərdə Kəlbəcərdə icra başçısı olub.

Allah rəhmət eləsin! 





up