Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
6-05-2022, 11:43

Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib.

 AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat yayıb.

 Bildirilib ki, may ayının 6-sı axşam saatlarından 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin saniyədə 18-23, arabir 25-30, açıq dənizdə arabir 33 metrə qədər güclənəcəyi gözlənilir.

 Qeyd edilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin bildirilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

 Xəbərdarlıqda həmçinin qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

 “Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər”, - deyə məlumatda bildirilib.





DİGƏR XƏBƏRLƏR
up