"Qanuni oğru”lara evlənmək qadağan olunsa da... - Məşhur avtoritetlər
25-10-2022, 19:04

Heç kimə sirr deyil ki, nə qədər sərt olsa da, "oğru aləmi”ndə də qanunlar sabit qalmır. Hələ ötən əsrdə qəbul olunmuş qeyri-rəsmi kodksə görə, "qanuni oğru”lara evlənmək qadağan olunsa da, sonradan bu qayda dəyişdi.

“Qanuni oğru”ların, arvadları, sevgililəri arasında müğənnilər, aktirsalar, tanınmış şəxslərin övladları olurdu. 80-ci illərdən etibarən "qanuni oğru”ların rəsmən evlənməsinə “yaşıl işıq" yandırıldı.

Rusiya kriminaliletinin xaç atalarından olan “Yaponçik” (Vyaçeslav İvankov) nə az, nə çox 4 dəfə evlənib.

Onun ilk xanımı Lidiya Ayvazova olub. Onlar 15 il nikahda qalıblar. Ayvazova ilə ayrıldıqdan sonra “Yaponçik” Kalina Nikiforova ilə ailə qurub. Onun üçüncü ailə qurduğu şəxs isə İrina Ola idi. O, sonuncu dəfə isə Faina Komissarova ilə evləndi.

“Kostıl” ləqəbli Konstantin Borisov uşaqlıqdan bir yerdə böyüdüyü Yelena ilə ailə həyatı qurub. Lena illərlə türmədən bayıra çıxmayan ərini həmişə dəstəkləyib. Daim onu ziyarət edib. Deyilənə görə, hər məhkəmə prosesindəki fasilələrdə şəxsən öz əliylə ona sevimli konfetlərini və buterbrodunu yedirdirmiş.


Pavel Zaxarov - “Paşa Sirul” 1990-cı illərdə Rusiyada tanınmış narkobaronlardan sayılırdı. O, kokain və heroini birbaşa Kolumbiyadan gətirdirdi. Narkobaron tatar qızı Roza Qumarova ilə evlənmişdi.

Başqa bir nüfuzlu qanuni oğru Konstantin Çuvilin “Miss Rossiya 1996”-nın qalibi Aleksandra Petrova ilə ailə qurmuşdu.


Rusiya cinayət aləminin sayılıb-seçilən avtoritetlərindən olan Qiya Qalski məşhur “TaTu” qrupunun sosilti Yuliya ilə evlənib. O, Yuliya Volkova ilə rəsmi nikaha girib. Cütlük neçə aydır birlikdə idi və münasibətlərini heç kimdən gizli saxlamırdı.

Oğru ailəsinin tanınmış üzvlərindən bir olan İqor Qlaznev isə evlənəndən sonra soyadını dəyişib. Kriminal aləmdə “Vova Piterski” kimi tanınan bu şəxs evləndiyi qadının soyadını götürərək, Abramov olub. Səbəbini isə “şəxsi məsələdir” deyə izah edib.

Müğənni Afaq Aslanı isə tez-tez İstanbulda restoranların birində Lotu Qulinin məclisində görüblər. Xanım sənətçi bir dəfə ”İnstagram” səhifəsində üzərində ”A+N” yazılan romantik bir şəkil də paylaşmışdı. Paylasımdan da göründüyü kimi bu, “Afaq+Nadir” mənasını verir.

Bundan başqa Afaq sevgilisinin Türkiyədə yaşadığını qeyd etmişdi. O, mətbuata açıqlamalarında Lotu Quli ilə sevgi romanı haqqında yayılan məlumatları nə təsdiq, nə də təkzib etmişdi və müsahibəni qeyri-müəyyən bir ifadə ilə “kriminal avtoritetin də ürəyi var” deyərək yekunlaşdırmışdı.

Müğənni Fədayə Laçınla "Qoca” ləqəbli avtoritet arasında da sevgi münasibəti olub.

Uzun müddət davam edən bu münasibəti hətta həbsxana divarları belə dağıda bilməyib. Fədayə Laçın hətta dəfələrlə həbsxanaya sevgilisi ilə görüşə gedib.
Bundan əlavə internet səhifələrində də Fədayənin sevgilisinin qarşısında əllərini tutaraq onun üçün mahnı oxuduğunu əks etdirən videogörüntülər də onların isti münasibətindən xəbər verirdi.

Onu da qeyd edək ki, nüfuzlu azərbaycanlı qanuni oğrular - Lotu Bəxtiyar, Sabirabadlı Hikmət, Rövşən Lənkəranski, Seymur Nardaranski də evli olublar. Onların toylarının videogörüntüləri sosial şəbəkələrdə çox yayılıb.





up