Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək
17-10-2022, 16:42

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, arabir yağıntılı hava şəraiti oktyabrın 19-u səhərədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, ayın 19-da gündüz və 20-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sabah gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.





up