Tanınmış jurnalist Şakir Yaqubov VƏFAT ETDİ
15-10-2022, 21:38

Tanınmış idaman yazarı Şakir Yaqubov vəfat edib.

Azinform.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Ustad jurnalist, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Şakir Yaqubov 71 yaşında dünaysını dəyişib.

O, 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.





up