Azərbaycanda “TikTok” fəaliyyətini bərpa edib - RƏSMİ AÇIQLAMA
11-10-2022, 17:09

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "TikTok” sosial şəbəkəsinə girişin bərpa olunması xəbərinə münasibət bildirib.

Qurumdan AZİNFORM.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, "TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılıb:

"Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaqlar”.





up