Cənnətdən bir parça – Göygölü bir də belə görün - VİDEO
1-10-2022, 21:08

Ölkəmizin göllərindən söz düşəndə ilk ağla gələn Göygöl olur. Burada ecazkar təbiət sanki insanı özünə valeh edir. Göygölü həm də Azərbaycan təbiətinin miravarisi də adlandırırlar. Sözügedən məkana turistlərin marağı həmişə olub. Göygölün ilin bütün fəsillərində qonaqları var.

Göygöl 1139-cu ildə Gəncədə baş verən zəlzələ zamanı Kəpəz dağının uçması və Ağsu çayının qarşıs kəsilməsi ilə yaranıb. Daha doğrusu təbiət hadisəsi nəticəsində 7 böyük, ümumilikdə isə 19 göl əmələ gəlib. Bu göllərdən ən gözəlisi isə sözssüz ki, Göygöldür. Mənzərəyə ilk baxdıqda elə təsürat yaranır ki, sanki Kəpəz dağı Göygölün mühafizəsində əzəmətli bir qala kimi dayanır. Gölün uzunluğu 2800, eni 800-metrdən min metrədək, dərinliyi isə təxminən 96 metrdir. Göygöl həm də flora və faunası ilə də zəngindir.

Təbiət qoruğunda 423 növ bitki, o cümlədən dərman bitkiləri bitir. Onların 76 növü ağac və kol, digərləri isə ot örtüyünə aiddir. Göldə farel balığı, ətrafındakı meşələrdə isə qafqaz maralı və başqa heyvanlar var. Artıq təbiətimizin mirvarisi payız fəslini qarşılayır. Havalar soyusa da bura üz tutanların sayı azalmır. Yolu Gəncədən düşən əcnəbi qonaqların və ya ölkəmizin başqa bölgələrində yaşayanların ilk görmək istədiyi məkan məhz Göygöldür.

Turistlərdən biri danışır:

“Perm şəhərindən gəlmişəm. Mükəmməl mənzərədir. Dağlar, göl, təmiz, hava. Sanki yuxudadır insan. Təsəvvür edin biz dəniz səviyyəsindən 1556 metr yüksəklikdəyik.Onu deyə bilərəm ki, bura gəlmək və gözəlliyi görmək lazımdır”.

“Rostovdanam və Azərbaycanda ilk dəfədir oluram. Göygölə gəlməyimi məsləhət gördülər. Baxın su necədə təmizdir. Növbəti il yenə gələcəm”.

“Voronejdənəm. Birlikdə hərbi xidmətdə olduğum azərbaycanlı dostum dəvət edib. Göygöl gözəldir və mən hər kəsi bu gözəlliyi görməyə dəvət edirəm. Dünyanın bir çox ölkəsində olmuşam. Azərbaycan, Göygöl tammam başqa gözəlliyə sahibdir.” - Turist Asəf Həsənov isə belə danışdı.

Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev isə bizimlə söhbətində bunları dedi:

“Payız və qış aylarında Göygölü gün ərzində 100-ə yaxın turist ziyarət edir. Tursitlər üçün xüsusi eko turizim marşurutları da hazırlanıb. Qonaqlar rahat şəkildə həm Göygölü, həm də digər gölləri görə bilir”.

Bir sözlə səffalı təbiətin sorağı ilə daima qonaqlı-qaralı olan Göygöl xalqımızın milli sərvətidir. Bu gözəlliklərin qorunması və nəsildən-nəsilə ötürülməsi isə bizim vətəndaş kimi borcumzudur.


AZİNFORM.AZ



up