Bakıda dönmə işığını yandırmayan sürücü digər avtomobilə təhlükə yaradıb.
AZİNFORM.AZ avtosfer.az-a istinadən xəbər verir ki, 10-YY-054 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü sentyabrın 22-də, paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən qəfildən dayanmaq fikrinə düşüb. Bu zaman dönmə işığından istifadə etmədən yolun hərəkət hissəsində dayanıb və görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb.