İlham Əliyev onu nazir müavini TƏYİN ETDİ - FOTO
13-05-2023, 16:23
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

AZİNFORM.AZ xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu posta Fərid Cəfərov təyin olunub.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub. 







© 2021 «Azinform.AZ». Bütün hüquqlar qorunur
Azərbaycanda və dünyada baş verən ən son hadisələr, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət yeniliklərini Azinform.AZ-dan oxuyun.
   
   
   
   
   
Email:azinform2021@gmail.com
Mob: +99450 321 51 68

up