Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.
AZİNFORM.AZ xəbər verir ki, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.
Onun tezliklə Fransada diplomatik xidmətə başlayacağı gözlənilir.
Qeyd edək ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsində çalışıb.
Digər bir məlumata əsasən isə qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb. /modern.az/