İran Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi
15-07-2022, 09:30

İran Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfərə gəlib.

AZİNFORM.AZ xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani iyulun 15-də ölkəmizə səfərə gəlib.

Əli Şəmxani səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşəcək.

Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq.





up