DİGƏR XƏBƏRLƏR
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
AZİNFORM.AZ xəbər verir ki, general-mayor ali hərbi rütbəsi alan Canpolad Alı oğlu Daanov DİN-in Polis Akademiyasının rəisidir.
Ali hərbi rütbəyə layiq görülən Namiq Zirəddin oğlu Həsənov DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir.
General-mayor rütbəsi alan Vüqar Hidayət oğlu Ələkbərov və Sərdar Süleyman oğlu Səfərovun hər ikisi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinləridir.
AZİNFORM.AZ