Prezident onu Mərkəzi Bank sədrinin birinci müavini təyin etdi
8-06-2022, 13:07

Azərbaycan Respublikasının Prezidenti İlham əliyev "R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilməsi haqqında" Sərəncam imzalyıb.

AZİNFORM.AZ xəbər verir ki, Sərəncam ilə, Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.

Prezidentin digər Sərəncamı ilə, Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Rəşad Orucov 1978-ci ildə Bakıda anadan olub. 2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Bu ilin may ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heytənin üzvü seçilib.

2019-cu ilin sentyabrında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Q.Məmmədyarov 1977-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Mərkəzi Bankda işləyir. 2012-ci ilin fevralında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru, 2016-cı ilin may ayından Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2017-ci ilin sentyabrından 2019-cu ilin aprelinədək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.





up