Avqustun 20-də Macarıstanın paytaxtı Budapeştdəki Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalı keçirilib.
AZİNFORM.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Macarıstanın Baş naziri Viktor Orban ilə birlikdə finalı izləyiblər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç də yarışa baxıblar.
Təmasları zamanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Serbiya Prezidenti Aleksandr Vuçiç və Qırğızıstan Prezidenti Sadir Çaparov ilə qısa söhbət edib.