Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib.
AZİNFORM.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsinə Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri əlavə olunub.
Digər bir dəyişikliklə isə Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq.
Bundan əvvəl isə Şuranın iclasları onun üzvlərindən azı səkkiz nəfər iştirak etdikdə baş tutmuş sayılırdı.