Baş nazir Rusiyanı silahları və hərbiçiləri çıxarmağa ÇAĞIRDI
21-02-2023, 20:49

Moldovanın yeni baş naziri Dorin Recean Rusiyanı ölkə ərazisində qeyri-qanuni yerləşdirdiyi silahları və hərbiçiləri çıxarmağa çağırıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

“Moldova Dnestryanı münaqişəsini sülh yolu ilə həll etməyi öhdəsinə götürür. Bu o deməkdir ki, Rusiya silah və texnikanı təxliyə etməlidir. Rusiya dəfələrlə bu öhdəliyi üzərinə götürüb, onun yerinə yetirməsi vacibdir”, - deyə Recean bildirib.

Qeyd edək ki, Dnestryanıda Rusiya qoşunlarının əməliyyat qrupu 1995-ci ildən mövcuddur, Kişinyov dəfələrlə rus qoşunlarının çıxarılmasını tələb edib.





up