Səfa Mehdiyev təntənəli şəkildə yola salınacaq
13-05-2022, 11:30

Milli Məclisdə Səfa Mirzəyevin təntənəli yola salma mərasimi olacaq.

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev təqaüdə yola salınıb.

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

S.Mirzəyev təqaüdə yola salınsa da parlamentin bu gün keçirilən plenar iclasda iştirak edir.

Əldə etdiyimiz məlumta görə, plenar iclasda onun təqaüdə göndərilməsi ilə bağlı yolasalma mərasimi olacaq. Səfa Mirzəyev çıxış edəcək.

Qeyd edək ki, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub. 70 yaşı tamam olmazdan bir gün əvvəl Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi. /ölkə.az/


  AZİNFORM.AZ





up