“AXCP və Müsavat partiyalarının rəhbərlərindən soruşmaq lazımdır ki, Şuşaya gediblərmi?”
Bu barədə deputat Zahid Oruc “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə “qanun layihəsinin müzakirəsinə qatılmayan AXCP və Müsavat partiyası ilə hansısa təmas, müzakirələri mümkün sayırsınızmı” sualını cavablandırarkən qeyd edib.
“Xaricə getmək üçün pasportları olmasa da, daxildə hərəkət edə bilirlər. Daxildə hərəkət üçün pasport tələb olunmur, Şuşaya gediblərmi? Məsələn, Əli Kərimli, Arif Hacılı Şuşada olubmu? Biz qanun layihəsinin müzakirəsi zamanı həmrəyliyi pozmamaq üçün qətiyyən demədik ki, bu torpaqlar 90-cı illərdə kimin ucbatından, günahından itirilibdir. Mən öz subyektiv fikrim olaraq bildirirəm ki, görüş üçün heç bir problem yoxdur”,- deyə o bildirib. /qafqazinfo.az/