Dini təhqir edən müğənniyə hökm oxundu
16-09-2022, 21:57

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Polşanın məşhur müğənnisi Dorota Rabczewska (Doda) barəsində hökm çıxarıb.

Sənətçiyə "İncil yazan insanlar narkotik içirdi" sözləri ilə dini təhqir etdiyi üçün 10 min avro pul cəzası verilib.

AİHM bildirib ki, Dodanın sözləri bəzi insanlar üçün şok ola bilər, lakin bu sözlər zorakılıq və ya nifrətə səbəb olmayıb, ona görə də ifadə azadlığı çərçivəsində nəzərdən keçirilməlidir.






up