Könülün verilişini onlar aparacaq
13-09-2022, 16:16

Əməkdar artist Könül Kərimovanın "Xəzər axşamı" proqramına yeni aparıcılar təyin edilib.

OLAY-ın əldə etdiyi məlumata görə, sözügüdən verilişin yeni simaları Mətanət Əliverdiyeva və İslam Mehrəliyev olacaq.

Qərar ötən gün kanal rəhbərliyinin keçirdiyi iclasda verilib.

Əvvəl 4 gün efirdə yayımlanan layihə artıq həftə içi beş dəfə tamaşaçıları salamlayacaq.





up