“Azərbaycan musiqisini artıq məhv ediblər. Mən elə-belə danışmıram ki, hər dəfə. Üzeyir bəyin qoyduğu musiqilər yoxdur, artıq onların üstündən xətt çəkiblər. Bu gün Azərbaycan musiqisi fars, Hindistan, Pakistandan ibarətdir. Üzeyir bəyin mübarizə etdiyi janr yoxdur, bütün müğənnilər toy bazarına işləyirlər”.
Bunu AZİNFORM.AZ-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O bildirib ki, indiki müğənnilər gələcəyi fikirləşmirlər:
“Daha gələcəyi fikirləşmirlər ki, mən müğənni olum, sevilim, xalq tərəfindən qəbul olunum. Bilirisniz toy mahnısı ayrı şeydir, Üzeyir bəyin qoyduğu musiqilər ayrıdır. Gülağa, Şövkətin oxuduğu tamam fərqli bir janrdır. Mən deyəndə, deyirlər yenə Əli müəllim başladı. Bəs, mən başlamayım, sən başlama! Kim başlasın? Neçə ildir bu təbili çalıram və deyirəm ki, musiqimiz əldən gedir. Baxın, artıq bu gün gedib. Heç kim mənə şərik deyil. Nə Mədəniyyət Nazirliyi, nə musiqiyə baxan qurumlar heç kim məni dəstəkləmir. Deyirlər, Əli müəllim danışır özü üçün də. Bu gün üçün danışırdım bax!
Mədəniyyət Nazirliyinə sual vermək lazımdır ki, siz niyə qoyursunuz Azərbaycan musiqisini bu günə düşməyə? Onda neyniyirik ki, Cahangir Cahangirovu, Tofiq Quliyevi, Arif Məlikovu, Xəyyam Mirzəzadəni, Fikrət Əmirovu? Bu toy bazarı musiqilərinə qulaq asırıq da! Xalqımız bütün maşınlarda meyxana, gic-gic səviyyəsiz sözləri olan mahnılara qulaq asırlar. Bilmirsən nədir bu janrlar?! Yəni, bütün millətin zövqünü korladılar! Bizim oxuduğumuz mahnılar çox çətin ifa edilirdi, onun öhdəsindən hər adam gələ bilməz. Ona görə də, bunlar da asan yolu seçdilər, Əməkdar artist, Xalq artisti oldular, amma müğənni olmadılar”. /demokrat.az/
AZİNFORM.AZ