Türkiyəli məşhur müğənni Sərdar Ortaçın keçmiş həyat yoldaşı, model və aparıcı Kloe Louqnan ana olmaq istədiyini açıqlayıb.
AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, cazibədar model 5 aydır eşq yaşadığı memar Ferqus Hennessi ilə ailə qurmağa hazırlaşır.
"Uşaqları çox sevirəm. İlk evliliyimdə çox gənc idim. Hazır deyildim, istəmirdim. İndiki münasibətimdə ana olmağa hazıram”, - deyə Kloe bildirib.
Qeyd edək ki, model Sərdar Ortaçdan 2019-cu ildə boşanıb. Cütlüyün boşanmasına Sərdar Ortaç uşaq istəsə də, Kloenin onunla razılaşmamasının səbəb olduğu deyilirdi. /bakupost.az/

