Rafael İsgəndərovun maraqlı hobbisi
1-09-2022, 22:50

Əməkdar artist Rafael İsgəndərovun maraqlı hobbisi üzə çıxıb.

AZİNFORM.AZ  xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə məlumat verib. O, fotolar paylaşaraq kiçik ölçülü oyuncaq motosikletlər topladığını bildirib:

“Bu da mənim hobbim. Bu hələ kolleksiyamın yarısıdır. Hara getsəm, mütləq tapıb alıram. Dostlarım da hobbimi bilib, mənim üçün alıb gətirirlər”.







up