Tanınmış müğənni, mərhum Səyyad Əlizadənin oğlu Atabəy tələbə adını qazanıb.
Azinform.az xəbər verir ki, bu barədə Atabəy öz sosial şəbəkə hesabında məlumat verib.
"Atacan həyatdakı ən əsas arzunu həyata keçirtdim. Ali məktəbə qəbul oldum. Məkanınız cənnət olsun. Ruhunuz şaddır İnşallah", - deyə o paylaşımda qeyd edib.
Qeyd edək ki, S.Əlizadə ötən il koronavirusdan vəfat edib.